Nizami və Sabunçu rayonlarının bir hissəsində qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Nizami və Sabunçu rayonlarının bir hissəsində qaz olmayacaq

Qafar Ağayev16:36 - 01 / 05 / 2025
Nizami və Sabunçu rayonlarının bir hissəsində qaz olmayacaq

Nizami rayonu, E.Süleymanov küçəsində qaz sızmasının aradan qaldırılması, Sabunçu rayonunda orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış cihazın demontaj olunması məqsədi ilə 02.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

1news.az xəbər verir ki, təmir-quraşdırma işləri aparılan müddətdə Nizami rayonu üzrə M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrinin, Sabunçu rayonu üzrə isə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər