Apreldə KTM-ə zəhərlənmə ilə qəbul edilən 126 nəfərdən 4-ü ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Apreldə KTM-ə zəhərlənmə ilə qəbul edilən 126 nəfərdən 4-ü ölüb

Qafar Ağayev10:02 - 01 / 05 / 2025
Apreldə KTM-ə zəhərlənmə ilə qəbul edilən 126 nəfərdən 4-ü ölüb

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 126 nəfər qəbul edilib.

Bu barədə 1news.az-a KTM-dən məlumat verilib.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 68 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 1-i spirtli içkidən, 6-sı ilan sancmasından zəhərlənən şəxslərdir.

Həmçinin onlardan 4 nəfər dəm qazından, 5 nəfər allergik reaksiyadan, 4 nəfər botulizmdən, 1 nəfər anafilaktik şok, 1 nəfər yandırıcı məhluldan, 1 nəfər neft məhlulundan, 1 nəfər yabanı bitkilərdən zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4 nəfər (3 kişi, 1 qadın ) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər