PAŞA Travel CENTRUM Air-in Azərbaycanda baş satış agenti təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Travel CENTRUM Air-in Azərbaycanda baş satış agenti təyin olunub

09:25 - Bu gün
PAŞA Travel CENTRUM Air-in Azərbaycanda baş satış agenti təyin olunub

Əməkdaşlığın ilk mərhələsi olaraq, 5 may 2025-ci il tarixindən Bakı və Daşkənd arasında birbaşa müntəzəm uçuşlar həyata keçiriləcək.

Uçuşlar həftədə bir dəfə, hər bazar ertəsi Airbus A320 tipli təyyarələrlə reallaşdırılacaq.

Aktual uçuş cədvəli:

  • Bakı → Daşkənd (S6252): çıxış – 19:20, çatma – 22:50
  • Daşkənd → Bakı (S6251): çıxış – 16:15, çatma – 18:20

Bu əməkdaşlığın məqsədi Azərbaycan və Özbəkistan arasında hava nəqliyyatını gücləndirmək, turizm imkanlarını genişləndirmək və sərnişinlər üçün daha zəngin seçimlər təqdim etməkdir. Bu addım eyni zamanda PAŞA Travel şirkətinin regional hava daşımaları sahəsində mövqeyini daha da gücləndirəcək.

Fərdi və korporativ səyahət həlləri üzrə ixtisaslaşmış Azərbaycanın aparıcı turizm şirkəti PAŞA Travel Özbəkistanın sürətlə inkişaf edən aviaşirkəti CENTRUM Air ilə əməkdaşlığa başladığını elan edir. Bu əməkdaşlıq çərçivəsində PAŞA Travel CENTRUM Air-in Azərbaycanda baş satış agenti (GSA) funksiyalarını yerinə yetirəcək.

CENTRUM Air 2023-cü ildə təsis edilmiş və qısa müddət ərzində böyük uğurlar əldə etmişdir. Şirkət yalnız 2024-cü ildə 500 mindən çox sərnişin daşımaqla, Özbəkistanın ən böyük özəl aviaşirkətinə çevrilmişdir. CENTRUM Air Avropa, Yaxın Şərq və Asiyanın müxtəlif istiqamətlərinə sərfəli və keyfiyyətli uçuşlar təklif edir.

Ətraflı məlumat və biletlərin əldə olunması üçün:
🌐 www.centrum-air.com

Reklam hüququnda

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər