Narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb

Qafar Ağayev13:53 - Bu gün
Narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb

Polis əməkdaşlarının Ələt-Astara magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı A.Əsgərov saxlanılıb. Onun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı 7 kiloqram marixuana və metamfetamin aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, polisin daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt şəhərində keçirdiyi növbəti tədbir zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı R.Məmmədxanlı saxlanılıb. Ondan 8 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı marixuana, heroin, metamfetamin və psixotrop tərkibli metadon həbləri də aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər