DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

09:58 - Bu gün
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Mayın 5-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər