Məktəblərin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesi aktivləşib

6 may saat 11:00-dan etibarən 2025–2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesi aktivləşib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, müsahibə mərhələsi isə 12–31 may tarixlərini əhatə edəcək.
Qeyd edək ki, saat 15:00-dan ümumi təhsil müəssisələrinin birinci siniflərinə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinə başlanılacaq.
Valideynlərə müəyyən olunmuş tarixlər çərçivəsində qeydiyyat, seçim və müsahibə mərhələlərini diqqətlə izləmələri tövsiyə olunur.
77