Bakının Sadiq Feyziyev küçəsində təmir işləri yekunlaşmaq üzrədir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Sadiq Feyziyev küçəsində təmir işləri yekunlaşmaq üzrədir - VİDEO

09:33 - 07 / 05 / 2025
Bakının Sadiq Feyziyev küçəsində təmir işləri yekunlaşmaq üzrədir - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İnvestisiya Proqramına uyğun olaraq Bakının Sabunçu rayonunun Savalan yaşayış massivinin uzunluğu 2,15 km, hərəkət hissəsinin eni 6 metr olan Sadiq Feyziyev küçəsində apardığı təmir işlərini yekunlaşdırmaq üzrədir.

1news.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan təmir işləri ilə bu problem aradan qaldırılır.

Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.

Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yeni asfalt-beton örtüyünün döşənməsi və yol çiyinlərinin tikintisi işləri son mərhələdə olmaqla aparılır.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər