Yevlaxda 592 ədəd çətənə kolu əkməkdə şübhəli bilinən şəxslər saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda 592 ədəd çətənə kolu əkməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

09:41 - 07 / 05 / 2025
Yevlaxda 592 ədəd çətənə kolu əkməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində çətənə bitkilərini kultivasiya yolu ilə yetişdirən Tərxan Tağıyev və Calal Abduyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, onların yaşadıqları ünvanlara baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdikləri 592 ədəd çətənə bitkisi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər