Bakı-Moskvaya təyyarə reysi təxirə salınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Moskvaya təyyarə reysi təxirə salınıb

Qafar Ağayev13:13 - 08 / 05 / 2025
Bakı-Moskvaya təyyarə reysi təxirə salınıb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Paylaş:
436

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər