Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq

15:52 - 08 / 05 / 2025
Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 1.3-cü km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.

1news.az xəbər verir ki, hərəkətin məhdudlaşdırılması 10 may tarixində səhər saat 09:00-dan başlayaraq bir-neçə saat ərzində qüvvədə olacaq.

Hərəkətin məhdudlaşdırlması ilə əlaqədar olaraq ərazidə sürücülərə alternativ yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunacaq.

Paylaş:
180

Son xəbərlər

Türkiyədə zəlzələ olub

03 / 06 / 2025, 15:54
Bütün xəbərlər