Bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb

Qafar Ağayev12:06 - Bu gün
Bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb

Bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

1news.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

– Alternativ qeydiyyat mərkəzlərinə
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, mayın 6-dan etibarən Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsinə start verilib.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər