ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

16:54 - Bu gün
ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi müasir Azərbaycanın qurucusu və memarı, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

ETSN-dən 1news.az-a bildirilib ki, Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olan dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzülüb və əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər