Beyləqanda körpənin ölüm səbəbi məlum olub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda körpənin ölüm səbəbi məlum olub - YENİLƏNİB

14:52 - Bu gün
Beyləqanda körpənin ölüm səbəbi məlum olub - YENİLƏNİB

09.05.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəfər azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, TƏBİB-dən bildirilib ki, 2025-ci il təvəllüdlü azyaşlıya atrofik vəziyyət diaqnozu təyin edilib.

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 16:10-da azyaşlının ölüm faktı qeydə alınıb.

12:34

Beyləqan Mərkəzi rayon Xəstəxanasında körpə ölümü baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Belə ki, 2025-ci il təvəllüdlü körpə xəstəxanaya gətirilib. Onun səhhədi ağır olduğu üçün həyatını xilas etmək mümkün olmayıb.

O, reanimasiya şöbəsində keçinib.

Paylaş:
105

Son xəbərlər

Bütün xəbərlər