Milli Marketinq Forumu 10 illiyini qeyd edir! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Marketinq Forumu 10 illiyini qeyd edir! - FOTO

11:11 - 11 / 05 / 2025
Milli Marketinq Forumu 10 illiyini qeyd edir! - FOTO

Ölkənin ən böyük biznes tədbirlərindən biri olan Milli Marketinq Forumu (MMF) bu il "Neoklassika" konsepti ilə 10-cu illiyini qeyd edir. Forum 9 may online formatda, 28 Mall "CinemaPlus"da keçirilən tədbirin ikinci günü isə fiziki iştirakla uğurla yekunlaşıb.

Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Milli Marketinq Forumun açılış nitqini Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədr müavini Fuad Hüseynov edib.

Daha sonra “Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltay açılış nitqi edərək gələn iştirakçıları salamlayıb.

Forum çərçivəsində təşkil olunan üç panel üzrə moderatorlar və spikerlər iştirakçılarla öz sahələrinə dair dəyərli təcrübələrini bölüşüblər. Panel müzakirələri iştirakçılara həm yeni biliklər qazanmaq, həm də şəbəkələşmə baxımından geniş imkanlar təqdim edib.

Milli Keyslər Paneli

Bu paneldə Azərbaycan sahibkarlığının və innovativ təşəbbüslərinin uğur hekayələri bölüşülüb. Panelin moderatoru İlkin Manafov – “Mutfakçı” şirkətinin təsisçisi və direktoru olub.

Panel iştirakçıları:

· Ülvi Aslanov – “Code Academy”nin təsisçisi və CEO-su

· Sübhan Hüseynov – “Senser” şirkətinin təsisçisi

· Şahbaz Xuduoğlu – “Qanun” Nəşriyyatının direktoru

· Qəzənfər Aloyev – “Nano Fire Technologies” MMC-nin təsisçisi və direktoru

· Mikayıl Yusifov – “İNCİ” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri

Böyük Qayıdış Paneli

Vətənə dönüş, sosial təşəbbüslər və cəmiyyətə töhfə mövzularında müzakirələrin aparıldığı bu panelin moderatoru Sevinc GülməmmədovaBaku TV-nin Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri və diplomatik jurnalist olub.

Panel iştirakçıları:

· Dr. İkram Rüstəmov – “Nəfəs” Psixi Sağlamlıq Akademiyasının təsisçisi

· Ərşad Hüseynov – Hüquqşünas, yol hərəkəti təhlükəsizliyi üzrə mütəxəssis

· Fuad Quliyev – “Cinema Art” MMC-nin direktoru

· Rafiq Hunaltay – “Facemark” şirkətinin təsisçisi

Yaradıcı Sənayelər və Trendlər Paneli

Yaradıcı sənayelərin inkişafı və trendlərin təhlil edildiyi panelin moderatoru Emin HüseynovAzərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Baş Proqram Direktoru olub.

Panel iştirakçıları:

· Elnur Talıblı – “TAKE Advertising and Media” şirkətinin Kreativ Direktoru

· Zaur Məmmədov – “Maxmedia” Agentliyinin direktoru

· Şəbnəm Hümbətova – Marketinq mütəxəssisi

· İbrahim QurbanovAzTV Dublyaj Redaksiyasının Baş Redaktoru

· Əkbər ƏsədovRadio Enerji 101.1 FM-in İcraçı Direktoru

Sonda iştirakçılara sertifikat təqdim olunub.

Qeyd edək ki, forum bu gün üçüncü günü ilə davam edir və hər bir panel iştirakçılar üçün yeni biliklər əldə etmək, eləcə də sahə üzrə yenilikləri müzakirə etmək üçün əvəzsiz imkanlar təqdim edir.

Paylaş:
150

Son xəbərlər

Bütün xəbərlər