10-cu Milli Marketinq Forumu uğurla yekunlaşdı! - FOTO

Ölkənin ən böyük biznes tədbirlərindən biri olan Milli Marketinq Forumu (MMF) bu il "Neoklassika" konsepti ilə 10-cu illiyini uğurla yekunlaşdırıb.
Forum 9 may online formatda, 28 Mall "CinemaPlus"da keçirilən tədbirin ikinci və üçüncü günü isə fiziki iştirakla yekunlaşıb.
May 2025-ci il tarixində baş tutan forumun ilk günü marketinq sahəsində fəaliyyət göstərən peşəkarları onlayn platformada bir araya gətirib. Tədbir “Yeni Texnologiyalar Paneli: Blokçeyn, Süni Zəka, Big Data”, “İnnovativ Marketinq və Startaplar”, “Şirkətlər və agentliklər” panelləri üzrə sektorlardan olan şirkətlərin, startapların və agentliklərin təcrübə mübadiləsi və fikir paylaşımı üçün mühüm bir platforma rolunu oynayıb.
10 may tarixində keçirilən tədbirin ikinci günü “Milli keyslər”, “Böyük Qayıdış” və “Yaradıcı Sənayelər və Trendlər” panelləri ilə yadda qalıb. Bu panellər Azərbaycanın marketinq, media və yaradıcılıq ekosistemində baş verən real dəyişiklikləri əks etdirən çıxışlarla zəngin olub və yerli brendlərin, agentliklərin, eləcə də yaradıcı şəxslərin praktiki təcrübələrini ön plana çıxarıb. Yerli bazarda uğur qazanmış kampaniyalar, innovativ kommunikasiya yanaşmaları və auditoriya ilə qurulan real əlaqələr üzərində dayanıqlı müzakirələr aparılıb. Böyük Qayıdış paneli Qarabağa dönüş, regionun iqtisadi və sosial inkişafı kontekstində brend quruculuğu və kommunikasiya strategiyalarına həsr olunub. Paneldə çıxış edən spikerlər "Böyük Qayıdış" çərçivəsində icra olunan layihələrdə marketinqin və PR alətlərinin rolu, bu layihələrin cəmiyyətə təsiri və gələcək nəsillər üçün yaradılan dəyərlər barədə məlumat veriblər.
Tədbirin sonuncu günü isə “Satış və Ticari Marketinq”, “Ənənəvi və Yeni Media” və “PR və Kommunikasiya” panelləri ilə yekunlaşıb. Bu sessiyalar forumun biznes yönümlü və praktiki tətbiqə əsaslanan ən dəyərli müzakirələrindən biri kimi yadda qalıb. Panellər əsasında ictimaiyyətlə əlaqələr, reputasiya idarəçiliyi, böhran kommunikasiyası və daxili kommunikasiya strategiyaları gündəmə gətirilib. Həmçinin, korporativ brendlərin ictimai rəy üzərində necə təsir yaratdığı, PR kampaniyalarının qurulması və effektiv kommunikasiya vasitələrinin seçilməsi ilə bağlı real təcrübələr paylaşılıb.
Forum zamanı Kapital Bank ASC Ekosistem Marketinq üzrə lideri Günel Mavliyarova, Biznes Strategiyası və Liderlik & Qlobal Bədən Dili üzrə Ekspert Anar Heydərov, Aktrisa və Əməkdar Artist Dilarə Əliyeva məruzəçi qismində çıxış ediblər.
Növbəti ilə Milli Marketinq Forumunda görüşmək ümidi ilə!
Reklam hüququnda






