Bəzi yerlərdə şimşək çaxacaq, leysan yağacaq- XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi yerlərdə şimşək çaxacaq, leysan yağacaq- XƏBƏRDARLIQ

16:57 - 12 / 05 / 2025
Bəzi yerlərdə şimşək çaxacaq, leysan yağacaq- XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunub.

Paylaş:
83

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər