“Yves Delorme”dan yeni “Metamorphosis” yaz-yay kolleksiyası - FOTO

Fransanın 1845-ci ildə təsis edilmiş məşhur tekstil və geyim istehsalçısı "Yves Delorme" evi yeni "Metamorphosis" yaz-yay kolleksiyası və məhdud saylı "Robestar" xəttinin buraxılışı ilə öz yubileyini qeyd edir.
Adı "çevrilmə" kimi tərcümə olunan "Metamorphosis" kolleksiyası qədim Romanın məşhur şairi Publi Ovidi Nazonun əsərinin şərəfinə adlandırılıb. Poemanın qəhrəmanları antik mifologiyanın personajları – tanrılar, muzalar, nimfalar, titanlardır. Onlar təbiət hadisələrini, onun gizli sirlərini, bir vəziyyətdən digərinə fasiləsiz keçidini təcəssüm etdirir. Daim baş verən, insanın bəzən görə bildiyi, bəzən isə görə bilmədiyi ecazkar dəyişiklikləri.
Kolleksiya əsl fransız sənətkarlığı ənənələrini qoruyan və ənənəvi eleqantlığı yaradıcı formada yenidən şərh edən "Yves Delorme"un fasiləsiz təkamülünü simvolizə edir. Ovidinin poemasında olduğu kimi, "Yves Delorme"un "Metamorphosis" kolleksiyasında da təbiət adətkərdə olduğumuz dünyanın yeni səviyyəsində – reallığın fantaziyaya qarışdığı, rəvan formaların və gözlənilməz rənglərin sezilmədən bir-birinə qovuşduğu, işıq və kölgələrin oyununun sehrli yuxuların sirli ab-havasına qərq etdiyi miflərin təzahüründə qarşımıza çıxır. Fransız brendinin dizaynerləri çevrilmənin füsunkarlığını ötürmək üçün çalarların rəvan və təbii keçidini özündə əks etdirən akvarel rəsmlərinə bənzəyən qeyri-adi müəllif təsvirlərini ərsəyə gətiriblər.
Çoxəsrlik fransız tekstil istehsalı ənənələrini davam etdirən "Yves Delorme" müxtəlif fakturalarda, o cümlədən naxışlı jakkard və zərif, hamar sətində müstəsna dərəcədə yüksəkkeyfiyyətli orqanik pambıqdan istifadə edib. Uzun müddət formalaşmış ənənələr sayəsində kolleksiyaya yataq dəstləri və dəsmallarla yanaşı, yastıq, yorğan və aksesuarlar kimi dekor əşyaları da əlavə edilib. Onların dizaynında həm də təbii motivlər, çevrilmə və dəyişilmə ideyaları təcəssüm etdirilib.
Paris ətrafında yerləşən məşhur "Château de Chantilly" (Şantiyi) qəsri "Yves Delorme" tarixinin bir hissəsinə çevrilib, çünki Evin 180 illik yubileyinə həsr olunmuş yeni "Metamorphosis" kolleksiyasının çəkilişləri məhz burada baş tutub. Bağları, daş hörgüsü və su hövzələrinin landşaftı sayəsində bu mühüm qəsr yubiley kolleksiyasının əsas ideyaları – çevrilmə və vaxtın ötüb-keçməsi mövzularının təcəssümü üçün ideal məkana çevrilib. "Château de Chantilly" fransız köhnə rejiminin (“Ancien Régime”) – "zərafət əsrinin" özünəməxsus təcəssümünə çevrilib. Məhz bu dövrlərdə yataq və vanna otaqları dekorasiyasının zərafəti xüsusi məna kəsb etməyə başlayıb ki, bu cəhət "Yves Delorme"un gördüyü bütün işləri elə bu günədək də fərqləndirməyə davam edir.
"Robestar" adlı digər layihə də brendin 180 illik yubileyinə həsr olunub. Bu təşəbbüs çərçivəsində 180 xalat hazırlanıb. Onların hər biri "Yves Delorme"un əvvəlki kolleksiyalarının mühüm dizaynları, o cümlədən arxiv təsvirləri əsasında işlənib. "Yves Delorme"un bildirdiyinə görə, 180 modelin hamısı məşhur rep, caz və pop-musiqi ifaçılarının obrazlarından ilham alınaraq ərsəyə gətirilib. Onlar nəsillər arasında mədəniyyət və qarşılıqlı əlaqənin birindən-digərinə ötürülməsini özündə əks etdirir. Xəttin fransız dilində "robe" (geyim, paltar) və ingilis dilində "star" (ulduz, cari məzmun daxilində isə "məşhur" mənasında) sözlərindən götürülmüş iki sözdən ibarət adı da buna işarə edir. Xalatların parçası brendin Luara vadisi, Sevelenc kommunasında yerləşən istehsalatında öz unikal jakkard texnologiyası əsasında istehsal edilib.
"Yves Delorme"un yeni kolleksiyası 10 aprel 2025-ci il tarixində "Yves Delorme" butikində satışa təqdim olunacaq.
Ünvan: Azərbaycan, Bakı şəhəri, 28 may küçəsi, 26.
Əlaqə nömrəsi: +994 (12) 493-13-34
"Yves Delorme" tekstil brendini Azərbaycanda onun rəsmi distribütoru – "Italdizain" şirkəti eksklüziv olaraq təmsil edir. "Yves Delorme" və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/ru/brands/yves-delorme
"Italdizain" şirkəti haqqında
"Italdizain" şirkəti 1996-cı ildə təsis edilib. İlkin olaraq, Azərbaycanda mətbəx üçün keyfiyyətli İtaliya avadanlıqlarının distribütorluğunun həyata keçirilməsi üzrə ixtisaslaşıb. Daha sonra şirkət yeni istiqamətlər yaradaraq və onları aktiv şəkildə inkişaf etdirərək öz biznesini əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün "Italdizain" onlarla butiki özündə birləşdirən, zərgərlik məmulatları, saatlar, qab-qacaq, ev və interyer əşyalarının satışı üzrə ixtisaslaşmış böyük holdinqdir.
"Yves Delorme" brendi haqqında
"Yves Delorme" 180 illik tarixə malik, dəbdəbəli ev əşyaları və tekstil məhsulları ilə məşhur fransız şirkətidir. Əsası 1845-ci ildə qoyulmuş şirkət ən yaxşı materiallardan istifadə edərək, ənənələri müasir tendensiyalara uyğunlaşdıraraq yüksəkkeyfiyyətli yataq dəstləri, dəsmallar və digər interyer əşyalarının istehsalı üzrə ixtisaslaşıb.
"Fremaux-Delorme" ailə biznesinin tərkibinə daxil olan "Yves Delorme" şirkəti Fransada, Lion şəhərində yerləşir. O, Fransanın aparıcı lüks brendlərini birləşdirən nüfuzlu Kolber komitəsinin üzvüdür. Orqanik pambıqdan istifadə edən, ekoloji cəhətdən təmiz istehsal metodlarını dəstəkləyən "Yves Delorme" dayanıqlı inkişaf prinsiplərinə fəal şəkildə riayət edir. Şirkətin zərif fransız tərzli və təkrarsız keyfiyyətli məhsulları bütün dünyada 450-dən çox mağazada təqdim edilir.
Reklam hüququnda



