Qubada Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Ərzumanovla vida mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Ərzumanovla vida mərasimi keçirilib

13:10 - Bu gün
Qubada Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Ərzumanovla vida mərasimi keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşən İsaməddin oğlu Ərzumanovun meyitinin qalıqları Quba rayonuna gətirilib.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Quba şəhərində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Elşən İsaməddin oğlu Ərzumanov 1974-cü il martın 23-də Qubada anadan olub. O, 1993-cü il aprelin 5-də Kəlbəcər rayonu Murovdağ istiqamətində itkin düşüb.

E.Ərzumanov Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər