Sabah Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

17:24 - 16 / 05 / 2025
Sabah Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7,6-cı km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, məhdudiyyət sabah saat 07:00-dan başlayaraq bir neçə saat qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Paylaş:
228

Son xəbərlər

Bütün xəbərlər