Azərbaycan avtomobil sahibləri bu məhsulların orijinalını ölkəmizdə ala biləcəklər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan avtomobil sahibləri bu məhsulların orijinalını ölkəmizdə ala biləcəklər - FOTO

10:30 - Bu gün
Azərbaycan avtomobil sahibləri bu məhsulların orijinalını ölkəmizdə ala biləcəklər - FOTO

Dünyanın ən böyük avtomobil akkumulyatoru markalarından olan Çinin “Camel” brendi və yapon keyfiyyətinin ifadəsi olan “Rizing” motor yağları Azərbaycanda rəsmi təqdim olunmağa başlayıb.

Asiyanın bu iki məşhur brendini ölkəmizə 30-dan çox premium brendin rəsmi təmsilçisi olan “Azinterservice Co” şirkəti gətirib.

“Camel” akkumulyatorlarının istehsalçısı “Camel Group Co Ltd” şirkətinin və Yaponiyanın məşhur yağ və sürtkü materialları istehsalçısı olan “Chugai Yukagaku Kogyo Co. Ltd” şirkətinin nümayəndələri ilə Bakıda keçirilən imza mərasimi və görüşə 200-dək yerli iş adamları, avtomobil sektorunun təmsilçiləri də qatılıb.

“Azinterservice Co” şirkətinin həmtəsisçisi İsmayıl Məmmədov qonaqları və iştirakçıları təmsil etdiyi şirkətin 30 illik fəaliyyəti haqqında məlumatlandırıb. Asiyanın 1-ci, dünyanın isə 3-cü ən böyük avtomobil akkumulyatorları istehsalçısı olan “Camel Group Co LTD” şirkətinin məhsullarının Azərbaycan avtomobil sahibləri üçün yüksək rəqabət qabiliyyətinə malik olduğunu bildirib. İsmayıl Məmmədov əlavə edib ki, Asiya ölkələrində bir neçə böyük istehsal və araşdırma-inkişaf müəssisələri olan bu şirkət ABŞ-ın Miçiqan ştatında da BMW avtomobillərini akkummulyator batareyaları ilə təchiz etmək üçün zavod açıb.

“Yaponiyada istehsal olunan orijinal mühərrik yağlarına Azərbaycan bazarında çox nadir hallarda rast gəlmək olar. Ölkəmizdə Yaponiya istehsalı adı ilə təqdim edilən yağ brendlərinin əksəriyyəti əslində bu ölkə ilə heç bir əlaqəsi olmayan markalardır. “Rizing” brendi isə orijinal yapon istehsalı olan məhsulları ilə geniş çeşiddə Asiya avtomobillərinin istehsalçı yağ tələblərinə tam cavab verməklə avtomobil sahiblərinin keyfiyyət gözləntilərini qarşılayacaq” – bu fikirləri “Azinterservice Co” şirkətinin direktoru Azər Məmmədov səsləndirib.

Tədbirdə qeyd edilib ki, Azərbaycan avtomobil bazarının iştirakçıları hər iki yeni brendin məhsullarını “Azinterservice Co” şirkətinin anbarından sifariş edib, avtomobil sahiblərinə satışını həyata keçirə bilərlər.

Reklam hüququnda

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər