Kral ailəsinə bu yeməklərimiz verilib - Menyu açıqlandı - FOTO

Xəbər verdiyimiz kimi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” baş tutub.
Vindzor qəsrində qonaqların şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə Azərbaycan milli mətbəxinə məxsus ləziz təamlar təqdim olunub. Dadlı yeməklər “Zugulba Mangal Steak House”un rəhbəri Namik Məmmədovun komandası tərəfindən hazırlanıb. Qonaqlar dolma, şah plov, kükü, təndir çörəyi, qara kürü, şəkərbura, paxlava, çay və s. təamların dadına valeh olublar.
Ziyafətə Böyük Britaniya Kralı III Çarlzın qardaşı şahzadə Edvard və həyat yoldaşı Sofi, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, həmçinin digər mötəbər qonaqlar qatıblar.
“Bu dəyərli görüş bizim üçün həm mədəniyyətimizin, həm də mətbəximizin təbliği baxımından əlamətdar bir hadisə oldu”, - “Zugulba Mangal Steak House”nın instaqram hesabındakı paylaşımda deyilir.
Tədbirdən görüntüləri təqdim edirik: