Sərvətin Qorunması və İdarə Olunması Seminarı ilk dəfə Azərbaycanda - FOTO

İnvestisiya yolu ilə oturum və vətəndaşlıq məsləhətçiliyi sahəsində dünya lideri olan Henley & Partners, Sərvətin Qorunması və İdarə Olunması Seminarı seriyasının yeddincisini bu il ilk dəfə olaraq Azərbaycanda təşkil etdi.
Bakının ev sahibliyi etdiyi bu xüsusi tədbirdə, Henley & Partners Türkiyə İcraçı Ortağı Burak Demirel, Henley & Partners Qlobal Müştərilər üzrə Başçısı və İcra Komitəsinin üzvü Dominic Volek, eləcə də Albaniya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Besart Kadia iştirak etdilər. 100-dən artıq qonağın qatıldığı tədbirdə, investisiya yolu ilə oturum və vətəndaşlıq proqramları ilə yanaşı sərvətin qorunması, vergi planlaması, qlobal mobillik həlləri və alternativ investisiyalar müzakirə edildi.
Henley & Partners, dünya üzrə 60-dan çox ofisi ilə yüksək gəlirli fərdlər və ailələr üçün investisiya yolu ilə vətəndaşlıq və oturum proqramları təqdim edir. Son olaraq, 22 may tarixində Sərvətin Qorunması və İdarəetməsi Seminarı seriyasının yeddincisini ilk dəfə olaraq Azərbaycanın paytaxtı Bakı şəhərində keçirən Henley & Partners, ölkənin aparıcı investorları, iş adamları və məsləhətçiləri də daxil olmaqla 100-dən çox qonağı qarşıladı. Bakının ən böyük bankı Pasha Private Banking ilə birgə tədbirə ev sahibliyi edən Henley & Partners Türkiyə İcraçı Ortağı Burak Demirel, yüksək gəlir kateqoriyasında olan fərdlərin artıq yalnız sərvətlərini artırmağa deyil, həm də onu qoruyaraq gələcək nəsillərə təhlükəsiz şəkildə ötürməyə fokuslandıqlarını vurğuladı. Bu çərçivədə investisiya əsaslı oturum və vətəndaşlıq proqramlarına marağın son illərdə xeyli artdığını bildirdi.
Henley & Partners Qlobal Müştərilər üzrə Başçısı və İdarə Heyətinin üzvü Dominic Volek isə Henley & Partners-ın dünya miqyasında fəaliyyətlərindən danışaraq bildirdi:
“Qlobal izimiz sayəsində, 40-dan çox ölkədə uğurlu iş adamları və sahibkarlarla birgə investisiya və miqrasiya xidmətləri göstərir, eyni zamanda qlobal vətəndaşlara beynəlxalq perspektivdə dəstək veririk. Müştərilərimizi risklərə qarşı qoruyur, onları tək bir ölkəyə bağlı qalmadan yaşamağa təşviq edirik. Müştərilərimizin əksəriyyəti başqa bir ölkədə yaşamaq fikrini bir seçim kimi dəyərləndirir.”
Oturum və vətəndaşlıq motivasiyalarının arxasında təhlükəsizlik, daha yaxşı təhsil imkanları, vergi üstünlükləri və səyahət azadlığı kimi faktorların dayandığını qeyd edən Volek, qlobal sərvət miqrasiyası hesabatına əsaslanaraq ən çox immiqrasiya alan və verən ölkələri də paylaşdı.
Tədbirin diqqət çəkən məqamlarından biri isə Albaniya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Besart Kadia tərəfindən təqdim olunan “Albaniyada İnvestisiya Fürsətləri” təqdimatı oldu. Kadia çıxışı zamanı Albaniyanın strateji mövqeyi, artan iqtisadiyyatı və investisiya dostu siyasətləri ilə fərdlər və ailələr üçün yüksələn bir yaşayış və investisiya istiqaməti olduğunu vurğuladı.
Fərqli coğrafiyalardan gəlmiş mütəxəssislərin bir araya gəldiyi seminarda beynəlxalq investisiya strategiyaları və sərvətin qorunması yolları müzakirə olundu. Blue Crow tərəfdaşı və fond meneceri Duarte Calheiros e Menezes, Range Developments Biznes İnkişafı Direktoru Maryam Mansouri, Mercan Group İcraçı Vitse-Prezident Mehdi Kadiri və Saliena Satış və Marketinq Direktoru Jurijs Salasovs, investisiya yolu ilə oturum və vətəndaşlıq həlləri ilə yanaşı, son illərdə investisiya miqrasiyasına olan marağın artmasının səbəblərini dəyərləndirdilər. Qlobal bazarlardakı daşınmaz əmlak imkanları, fond idarəçiliyi və sərvətin gələcək nəsillərə davamlı şəkildə ötürülməsi mövzusunda fikir və təcrübələrini bölüşdülər.
Pasha Private Banking-in İnvestisiya Məsləhətçisi Amin Rəşidov və PwC Azərbaycan Vergi Hüququ və İnsan Resursları Təcrübə Lideri Günel Sadiyeva isə Sərvət Məsləhətçiliyi panelində sərvətin qorunması və idarə olunması strategiyalarına dair dərin bir baxış təqdim etdilər.
Seminardan sonra Henley & Partners ev sahibliyində Four Seasons Hotel-də Bakının tanınmış iş adamlarının iştirak etdiyi xüsusi bir şam yeməyi təşkil olundu. Yemək zamanı iqtisadçı və akademik Erhan Arslanoğlu, qlobal iqtisadiyyatla bağlı təqdimatını keçirdi.
Henley & Partners haqqında
Henley & Partners investisiya yolu ilə oturum və vətəndaşlıq xidmətləri sahəsində dünya lideridir. Hər il yüzlərlə varlı fərd və onların məsləhətçiləri bu sahədə bizim peşəkar təcrübəmizə güvənir. Şirkətin yüksək ixtisaslı əməkdaşları 60-dan çox ofisdə bir komanda kimi fəaliyyət göstərir.
İnvestisiya yolu ilə oturum və vətəndaşlıq konsepti 1990-cı illərdə Henley & Partners tərəfindən yaradılmışdır. Qloballaşma ilə birlikdə bu sahələr beynəlxalq miqyasda fəaliyyət göstərən sahibkarlar və investorlar arasında böyük maraq doğurmuşdur.
Henley & Partners həmçinin dünyada hökumətlərin investisiya miqrasiyası sahəsində ən aparıcı məsləhətçi şirkətidir və bu sahədə 15 milyard ABŞ dollarından çox birbaşa xarici investisiya cəlb olunmasına yardım etmişdir. Hökumətlər tərəfindən etibar edilən şirkət, bir çox uğurlu vətəndaşlıq və oturum proqramlarının yaradılması və idarə olunmasında əsas rol oynamışdır.
Reklam hüququnda