Masallıda 18 yaşlı qız 11 gündür itkin düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda 18 yaşlı qız 11 gündür itkin düşüb

17:06 - Bu gün
Masallıda 18 yaşlı qız 11 gündür itkin düşüb

Masallıda 18 yaşlı qız itkin düşüb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Çaxırlı kənd sakini olan 2007-ci il təvəllüdlü Şəfa Fətullayeva mayın 11-i saat 23 radələrində yaşadığı evdən çıxaraq itkin düşüb.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə axtarış elan edilib: “Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür”.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər