Sumqayıtda kartdan 2600 manat oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda kartdan 2600 manat oğurlanıb

15:31 - Bu gün
Sumqayıtda kartdan 2600 manat oğurlanıb

Sumqayıt şəhərində oğurluq edən şəxs saxlanılıb.

1news.az DİN-ə istinadən xəbər verir ki, mayın 22-də Sumqayıtda naməlum şəxs şəhər sakinini aldadaraq adına olan bank kartından 150 manat çıxarıb, digər kartdan isə 2600 manat oğurlayıb.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər