Goranboyda kafedə bıçaqlanma olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda kafedə bıçaqlanma olub

17:41 - 24 / 05 / 2025
Goranboyda kafedə bıçaqlanma olub

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb.

Kənd sakinləri - 1985-ci il təvəllüdlü Z.Muradov və 1987-ci il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Araşdırma zamanı məlum olub ki, onlar mübahisə zəminində 1981-ci il təvəllüdlü V.Sarıyev tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
404

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

11 / 09 / 2025, 14:48
Bütün xəbərlər