Ağstafada şagird məktəbli yoldaşına xəsarət yetirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafada şagird məktəbli yoldaşına xəsarət yetirib

16:52 - 26 / 05 / 2025
Ağstafada şagird məktəbli yoldaşına xəsarət yetirib

Ağstafada şagird məktəbli yoldaşına xəsarət yetirib, araşdırma aparılır.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Ağstafa rayonu Köçəsgər kənd Azər Ələkbərov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci və 9-cu sinif şagirdləri arasında qeydə alınıb.

Hadisə zamanı şagirdlərdən biri xəsarət alıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, şagirdlər arasında dərsdən sonra idman meydançasında mübahisə yaranıb:

"Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət edilib, onlarla görüş keçirilib".

Hüquq-mühafizə orqanlarının insidentlə bağlı araşdırma apardığı bildirilib.

Paylaş:
176

Son xəbərlər

Bütün xəbərlər