Qala Qoruğunda heyvanlar arasında xəstəlik yayılıb? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Qala Qoruğunda heyvanlar arasında xəstəlik yayılıb? - AÇIQLAMA

Qafar Ağayev16:29 - 27 / 05 / 2025
Qala Qoruğunda heyvanlar arasında xəstəlik yayılıb? - AÇIQLAMA

Son günlərdə sosial şəbəkələrdə bir sıra istifadəçilər Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində saxlanılan heyvanların görüntülərini paylaşaraq, onların baxımsızlıqdan əziyyət çəkdiyini, bəzilərində isə dəri xəstəliklərinin açıq əlamətlərinin müşahidə olunduğunu iddia ediblər.

Sözügedən paylaşımlar ictimaiyyət arasında ciddi narahatlıq doğurub. Bəziləri bu iddiaların həqiqəti əks etdirdiyini düşünərək paylaşım müəllifinə dəstək verib, digərləri isə heyvanlarda tüklərin tökülməsinin təbii hal olduğunu bildirib.

Bəs, əslində vəziyyət necədir?

Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Səfayə Əhmədova 1news.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu xəstəlik deyil, təbii prosesdir.

“Heyvanların yaz-yay aylarında tükləri tökülür. Əməkdaşımız qırxım edir”.

Paylaş:
426

Son xəbərlər

Bütün xəbərlər