Elektrik avtomobillər dövrü artıq başlayıb! - VİDEO

Mercedes-Benz-in Azərbaycandakı rəsmi distribyutoru “Avtokapital-Azərbaycan” elektrikli avtomobillərin əldə olunmasını daha əlçatan və rahat edən eksklüziv proqramın başladığını elan edir.
İndi siz Mercedes-Benz-in innovativ elektrikli avtomobilinin sahibi ola bilərsiniz — ilkin mərhələdə yalnız dəyərinin 50%-ni ödəməklə. Əlavə olaraq, Mercedes-Benz tərəfindən avtomobiliniz 3 il müddətinə tam sığorta ilə təmin edilir. Qalan məbləğ isə faizsiz və əlavə ödənişsiz olmaqla 3 il ərzində bərabər hissələrlə ödənilir.
Bu təklif Azərbaycandakı rəsmi dilerlərin ehtiyatında olan bütün Mercedes-Benz elektrikli avtomobil modellərinə şamil olunur.
Proqramın üstünlükləri:
• Avtomobilin dəyərinin yalnız 50%-ni ilkin ödəniş kimi ödəmək imkanı
• Qalan məbləğ üçün 36 ayadək faizsiz hissə-hissə ödəniş
• 0% illik — əlavə ödənişsiz
• Mercedes-Benz-in rəsmi sığortası ilə təminat
“Biz gələcəyin texnologiyalarını bu gündən daha əlçatan etməyə çalışırıq. Bu kampaniya sayəsində müştərilər Mercedes-Benz elektrikli avtomobillərinin təqdim etdiyi rahatlıq, innovasiya və ekoloji qayğı kimi üstünlükləri heç bir maliyyə baryeri olmadan yaşaya biləcəklər”, — deyə distribyutor şirkətin rəhbərliyi qeyd edib.
Proqramın şərtləri məhdud müddət üçün keçərlidir.
Ətraflı məlumat və test-sürüşü üçün mercedes-benz.com.az saytına daxil olun və ya dilerlərə zəng edin:
Abşeron Avtomobil Mərkəzi
*8885
Autostar Kaukasus
*5545
Reklam hüququnda