Dələduzluq edib 28 min manat ələ keçirən şəxs saxlanıldı

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onların pul vəsaitini ələ keçirən 51 yaşlı Ə.Süleymanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, aparılan araşdırmalarla onun Bakı şəhəri və Abşeron rayonunda yaşayan 2 sakini aldadıb ümumilikdə 28 min manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
122