Növbəti tədris ili üçün təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu aparılır

2025-2026-cı tədris ili üçün əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbuluna başlanılıb. Sənəd qəbulu portal.edu.az üzərindən aparılır.
1news.az xəbər verir ki, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali və orta ixtisas təhsil müəssisələrində təkrar ali və ya orta ixtisas təhsili üçün müraciət etmək istəyənlər www.portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.
Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.
115