“Magnum” sərhədləri aşan dondurma həzzini “Baku Fashion Week”də nümayiş etdirdi - FOTO

Bölgənin ən müasir və simvolik məkanlarından biri olan Bakı Konqres Mərkəzində üç gün davam edən “Baku Fashion Week” tədbirinin qonaqları 2025–2026 payız/qış kolleksiyalarını, yeni və tanınmış dizaynerlərin nümayişlərini, xüsusi quraşdırılmış stendləri, fəaliyyət zonalarını və moda sənayesinin unudulmaz atmosferini təcrübə etmək şansı əldə ediblər.
“Baku Fashion Week” tədbirində yeni “Magnum Utopia” dondurmalarının tanıtımı çərçivəsində rəsmi sponsor kimi çıxış edən “Magnum”un dondurma stendi böyük rəğbətlə qarşılanıb. Belə ki, həmin stenddə “Magnum” biri karamelli, digəri isə moruqlu dada malik olan iki fərqli və ləziz yeni dondurma məhsulunu tədbir iştirakçılarına tanıtdı. Qeyd edək ki, “Magnum Utopia” dondurmaları dadan hər kəsdən müsbət rəy alıb.
Tədbir məkanında quraşdırılmış “Magnum” dondurma stendi qonaqlara öz istədikləri inqrediyentlərdən istifadə edərək xəyallarındakı dondurmanı yaratma həzzini yaşatdığı üçün tədbirin demək olar ki, ən çox sevilən stendi kimi yadda qalıb.
Bu əvəzolunmaz həzzi təcrübə etmək üçün qonaqlar dondurma stendinin önündə yığışaraq uzun növbə yaradıblar. İştirakçılar arasında yer alan Azərbaycanın tanınmış influenserləri və blogerləri də inanılmaz “Magnum” həzzini dadanlar sırasında olublar. Onlar bu haqda öz sosial media hesablarında paylaşım edərək xoş sözlərini izləyiciləri ilə bölüşməyi də unutmayıblar.
Siz də karamelli və moruqlu olmaqla iki ayrı dadda satışa çıxmış yeni “Magnum Utopia” dondurmaları ilə həzzin sərhədlərini aşın!
Reklam hüququnda








