Yasamalda yanğın təhlükəli avtotəmir sexinin fəaliyyəti dayandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda yanğın təhlükəli avtotəmir sexinin fəaliyyəti dayandırılıb

Qafar Ağayev11:20 - 29 / 05 / 2025
Yasamalda yanğın təhlükəli avtotəmir sexinin fəaliyyəti dayandırılıb

Yasamalda yanğın təhlükəli avtotəmir sexinin fəaliyyəti dayandırılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyli küçəsi, 170 ünvanında yerləşən avtomobil təmiri sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edi

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyli küçəsi, 170 ünvanında yerləşən avtomobil təmiri sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Paylaş:
87

Son xəbərlər

Havada toz müşahidə olunur

30 / 05 / 2025, 12:40
Bütün xəbərlər