Raket və Artilleriya Qoşunlarının reaktiv sistemli bölməsinin təlimi keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Raket və Artilleriya Qoşunlarının reaktiv sistemli bölməsinin təlimi keçirilib - VİDEO

Qafar Ağayev12:53 - 29 / 05 / 2025
Raket və Artilleriya Qoşunlarının reaktiv sistemli bölməsinin təlimi keçirilib - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Smerç” yaylım atəşli reaktiv sistemli (YARS) bölməsinin döyüş atışlı taktiki təlimi keçirilib.

1news.az xəbər verir ki, təlimin planına əsasən, “Həyəcan” siqnalı ilə qaldırılan reaktiv artilleriya bölməsi daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonunda yerləşib, döyüş texnikaları döyüş tətbiqinə hazırlanıb. “Smerç” YARS bölməsi start mövqeyinə çıxarılaraq atış tapşırıqlarını uğurla icra edib.

Keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi bölmələrin şəxsi heyətinin döyüş qabiliyyətini artırmaq və hərbi qulluqçuların bilik və bacarıqlarını müasir döyüşün tələblərinə uyğun təkmilləşdirməkdən ibarətdir.

Paylaş:
110

Son xəbərlər

Bütün xəbərlər