Milli Məclisin iyunun 3-də keçiriləcək növbədənkənar sessiyasının gündəliyi bəlli oldu - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin iyunun 3-də keçiriləcək növbədənkənar sessiyasının gündəliyi bəlli oldu - SİYAHI

Qafar Ağayev16:29 - 30 / 05 / 2025
Milli Məclisin iyunun 3-də keçiriləcək növbədənkənar sessiyasının gündəliyi bəlli oldu - SİYAHI

Milli Məclisin növbədənkənar sessiyası üzrə ilk iclası iyunun 3-də keçiriləcək.

1news.az-ın məlumatına görə, iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib..

Həmin məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş)

2. Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi

3. Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

4. Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

5. “Yaşayış minimumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

6. “Pambıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

7. “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

Paylaş:
153

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər