Havada toz müşahidə olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Havada toz müşahidə olunur

Qafar Ağayev12:40 - 30 / 05 / 2025
Havada toz müşahidə olunur

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bu barədə 1news.az Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.3-1.4 dəfə artıqdır.

Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şimal-şərq küləkləri vasitəsilə Xəzər dənizi üzərindən cənub istiqamətli hava axını ilə ölkə ərazisinə daxil olur.

Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

Paylaş:
142

Son xəbərlər

Bütün xəbərlər