Goranboyda qardaş bacısını bıçaqlayıb

Goranboyda bıçaqlanan qadının vəziyyəti orta ağır qiymətləndirilir.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
"Mayın 31-də saat 06:50 radələrində 1987-ci il təvəllüdlü şəxs (qadın cinsli) boğazın kəsilmiş yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Cərrahiyyə şöbəsində aparılır", - qeyd olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəxsə kəcisi deşici ailətlə xəsarət yetirməkdə şübhəli bilinən 32 yaşlı Samir Nəcəfov saxlanıb.Faktla bağlı araşdırmalar davam etdirilir.