Zaqatalada yol qəzasında motosiklet sürücüsü ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada yol qəzasında motosiklet sürücüsü ölüb

13:58 - 31 / 05 / 2025
Zaqatalada yol qəzasında motosiklet sürücüsü ölüb

Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində “VAZ-2106” və motosiklet toqquşub.

1news.az APA-ya istinadən xəbər verir ki, nəticədə motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş:
204

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər