Vətən müharibəsindən indiyədək mina qurbanı olan şəxslərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəsindən indiyədək mina qurbanı olan şəxslərin sayı açıqlanıb

17:34 - 31 / 05 / 2025
Vətən müharibəsindən indiyədək mina qurbanı olan şəxslərin sayı açıqlanıb

Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi səbəbindən 2020-ci il Vətən müharibəsindən indiyədək 397 nəfər həlak olub və ya yaralanıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda iki gün ard-arda baş verən mina partlayışları dinc sakinlərə zərər vurub.

Vurğulanıb ki, yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və sakinlərin öz evlərinə qayıtmasına mane olur.

Paylaş:
212

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər