Polisin növbəti əməliyyatları zamanı 9 kiloqram narkotik vasitə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Polisin növbəti əməliyyatları zamanı 9 kiloqram narkotik vasitə aşkarlanıb

11:39 - 31 / 05 / 2025
Polisin növbəti əməliyyatları zamanı 9 kiloqram narkotik vasitə aşkarlanıb

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

DİN-in Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Abşeron və Sabunçu rayonlarında həyata keçirilən tədbirlər zamanı 29 yaşlı bir qadın, əvvəllər məhkum olmuş, 57 yaşlı Ş.Şirinov və 21 yaşlı A.Bədirli saxlanılıblar.

Onlardan ümumi çəkisi 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş:
198

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər