Nazir: Qarabağ Universitetində 350 tələbəyə təqaüdün verilməsi nəzərdə tutulur | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: Qarabağ Universitetində 350 tələbəyə təqaüdün verilməsi nəzərdə tutulur

14:14 - 02 / 06 / 2025
Nazir: Qarabağ Universitetində 350 tələbəyə təqaüdün verilməsi nəzərdə tutulur

Bir çox aparıcı dövlət qurumları və özəl müəssisələr təqaüdlərlə bağlı təşəbbüslər irəli sürdü.

1news.az Trend-ə istinadənxəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ən azı 350 tələbəyə təqaüdün verilməsi nəzərdə tutulur və bu rəqəmin artacağı gözlənilir.

"Qarabağ Universiteti yalnız bir təhsil müəssisəsi deyil, həm də təşkilatlanma nümunəsidir və özəl sektor bu təşəbbüsün bir parçası olmaq istəyir. Bu tədbirdə iştirak edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Fikirlərimizi bölüşdük, eyni zamanda, biznes qurumları da öz baxışlarını və imkanlarını ifadə etdilər. Təbii ki, bu fikir və imkanlar gələcəkdə müxtəlif formalarda reallaşa bilər", - deyə nazir qeyd edib.

Paylaş:
155

Son xəbərlər

Türkiyədə zəlzələ olub

03 / 06 / 2025, 15:54
Bütün xəbərlər