İlin sonunadək Xankəndi, Ağdərə və Xocalıda 3 minə yaxın iş yerinin açılması nəzərdə tutulub

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında emal müəssisələri ilə bərabər kənd təsərrüfatı da inkişaf etdirilir.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov deyib. Onun sözlərinə görə, indiyədək Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında tikinti şirkətləri ilə 450-ə yaxın fəaliyyət müqaviləsi bağlanıb:
"Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 2 minə yaxın iş yeri yaradılıb. Bölgəyə özəl sektor tərəfindən 45 milyon manat investisiya qoyulub. 2025-ci ilin sonuna qədər daha 3 minə yaxın iş yerinin açılması nəzərdə tutulub. Bölgədə yeni mərmər istehsal müəssisələri, daş kəsim sexləri acılacaq. Bundan başqa, kənd təsərrüfatının inkişaf etdiriləsi də nəzərdə tutulub. Bölgənin əkinə yararlı, məhsuldar torpaq sahələri kənd təsərrufatının inkişafına müsbət təsir göstərəcək".
E. Yusubov fermerləri bu sahədə aktiv olmağa və investisiya qoymağa da çağırıb: "Bu sahədə dövlət fermerlərə müvafiq güzəştlər də verir. Gələcəkdə güzəştlərin miqiyasının artırılması da nəzərdə tutulub".