Özgəsinə məxsus pasportla sərhədi keçmək istəyən Şri-Lanka vətəndaşı saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Özgəsinə məxsus pasportla sərhədi keçmək istəyən Şri-Lanka vətəndaşı saxlanılıb

Qafar Ağayev17:31 - 02 / 06 / 2025
Özgəsinə məxsus pasportla sərhədi keçmək istəyən Şri-Lanka vətəndaşı saxlanılıb

Özgəsinə məxsus pasportla sərhədi keçmək istəyən Şri-Lanka vətəndaşı saxlanılıb.

Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, may ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Küveyt-Bakı reysi ilə Azərbaycan Respublikasına gələn Malayziya Federasiyası vətəndaşı Satyaselan Vijiyanın sənədlərinə baxış zamanı pasportun özgəsinə məxsus olması şübhə doğurduğundan sərhədçilər tərəfindən saxlanılıb.

Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Savuthararajan Kasvithan olduğu müəyyən edilib.

Hazırda fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
136

Son xəbərlər

Bütün xəbərlər