Azərbaycan BMT Turizmin İcraiyyə Şurasının 123-cü sessiyasında təmsil olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan BMT Turizmin İcraiyyə Şurasının 123-cü sessiyasında təmsil olunub

Qafar Ağayev11:37 - 02 / 06 / 2025
Azərbaycan BMT Turizmin İcraiyyə Şurasının 123-cü sessiyasında təmsil olunub

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniya Krallığının Seqoviya şəhərində 29-30 may tarixlərində keçirilən BMT Turizmin İcraiyyə Şurasının 123-cü sessiyasında təmsil olunub.

Agentlikdən 1news.az-a verilən məlumata görə, tədbir çərçivəsində Qana, Yunanıstan, Meksika və Birləşmiş Ərəb Əmirliklərindən 2026-2029-cu illər üçün Təşkilatın Baş katibi vəzifəsinə namizədliklərini təqdim etmiş nümayəndələr arasında İcraiyyə Şurasına üzv dövlətlərin iştirakı ilə seçkilər keçirilib.

Müvafiq dövr üçün BMT Turizmin Baş katibi Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi xanım Şaixa Al Novais seçilib.

Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, BMT Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov da yer alıb.

Paylaş:
101

Son xəbərlər

Türkiyədə zəlzələ olub

03 / 06 / 2025, 15:54
Bütün xəbərlər