Messi Azərbaycanı təbrik etdi - VİDEO

Dünyanın ən məşhur futbolçularından Lionel Messi minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan millisini təbrik edib.
1news.az xəbər verir ki, bu barədə iş adamı Adnan Əhmədzadə sosial şəbəkə hesabında paylaşım edib.
Futbolçu qələbə münasibətilə video çəkərək Azərbaycan xalqına təbrik ünvanlayıb.
Xatırladaq ki, ötən gün Azərbaycan minifutbol yığması Bakıda keçirilən dünya çempionatının qalibi olub. Komandamız final görüşündə Macarıstanı 4:2 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.
Həmin görüntüləri təqdim edirik:
99