ADY 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində xüsusi stendlə təmsil olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində xüsusi stendlə təmsil olunur

Qafar Ağayev14:38 - 03 / 06 / 2025
ADY 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində xüsusi stendlə təmsil olunur

AZCON Holding-in şirkətlərindən olan ADY Bakı Ekspo Mərkəzində keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində (“TransLogistica Caspian”) xüsusi stendlə təmsil olunur.

1news.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, iyunun 4-dək davam edəcək sərgidə stendimizə yaxınlaşan ziyarətçilər ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşıma əməliyyatları, Qarabağ və Şərqi Zəngəzurda icra edilən dəmiryol layihələri və infrastruktur quruculuğu, ADY-nin dayanıqlılıq üzrə fəaliyyəti, xidmətləri, tətbiq etdiyi rəqəmsal həllər və Bakı Limanı haqqında ətraflı məlumat ala bilərlər.

"Sərgidə ziyarətçilər pavilyonumuza böyük maraq göstərir. Hər birinizi stendimizdə görməkdən şad olarıq, sərgini ziyarət etməyə tələsin!" - deyə məlumatda qeyd olunub.

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər