“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Müzey Mərkəzinə direktor təyin edilib | 1news.az | Xəbərlər
Mədəniyyət

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Müzey Mərkəzinə direktor təyin edilib

Qafar Ağayev15:48 - 04 / 06 / 2025
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Müzey Mərkəzinə direktor təyin edilib

Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Müzey Mərkəzinə direktor təyin edilib.

1news.az xəbər verir ki, O, fəaliyyətinə 1988-ci ildə Azərbaycan Xalça Muzeyində başlamış, 1994–2005-ci illərdə İstiqlal Muzeyinin direktoru vəzifəsində çalışıb. 2005-ci ildən etibarən Mədəniyyət Nazirliyində uzun illər Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri olub.
2021–2025-ci illərdə müxtəlif muzey layihələrinə rəhbərlik etmiş və ekspert qismində iştirak edib. Bu dövrdə onun bilavasitə iştirakı ilə bir çox konseptual təşəbbüslər və təşkilati işlər həyata keçirilib.

Azərbaycan mədəniyyətinin təbliği, muzey işinin təkmilləşdirilməsi sahəsindəki xidmətlərinə görə Azadə Hüseynova Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 yanvar tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Paylaş:
194

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər