Sabahdan Azərbaycan bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan Azərbaycan bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir

Qafar Ağayev16:25 - 04 / 06 / 2025
Sabahdan Azərbaycan bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir

5 iyun saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.

1news.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasında qeyd olunur.

Bildirilir ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
– Alternativ qeydiyyat mərkəzlərinə
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, 06 may 2025-ci il tarixindən etibarən Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən bir sıra ümumi təhsil müəssisələrinin birinci sinfinə qəbul prosesində prioritet tətbiq edilirdi. Proses 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

Paylaş:
210

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər