Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Qafar Ağayev17:38 - 04 / 06 / 2025
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Qurban bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) 1news.az-a bildirilib ki, bununla bağlı RİNN qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

Paylaş:
118

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər