Sabirabadda fərdi yaşayış evində yanğın olub, ölənlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda fərdi yaşayış evində yanğın olub, ölənlər var

09:02 - 04 / 06 / 2025
Sabirabadda fərdi yaşayış evində yanğın olub, ölənlər var

Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.

1news.az bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir.

İlkin məlumata görə, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Hadisə yerinə cəlb olunan nazirliyin yanğından mühafizə qüvvələri evdə dörd nəfərin meyitini aşkar ediblər.

Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.

Paylaş:
107

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər