Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib - FOTO

Avropada avtonom modullu kogenerasiya sistemlərinin mühəndis istehsalçısı olan RSE şirkəti 13-cü Beynəlxalq "Caspian Power 2025" sərgisində iştirak edib.
Buxarestdə keçirilən ENERGY EXPO 2025 sərgisində uğurlu debütdən sonra RSE Şərqi Avropa və Asiyanın strateji bazarlarında genişlənməsini davam etdirib. 2-4 iyun 2025-ci il tarixlərində Bakıda 30-cu yubiley "Baku Energy Week" həftəsi çərçivəsində baş tutan sərgidə şirkət müxtəlif qaz növləri ilə işləyən və yüksək enerji səmərəliliyi, çeviklik və avtonomluğu özündə birləşdirən istilik modullarını ilk dəfə olaraq təqdim edib.
"Bu gün enerji yalnız kilovat deyil, həm də müstəqil, çevik və istənilən ssenariyə hazırlıqlı olmaq bacarığıdır", - deyə RSE-nin təsisçisi Andrey Qrinenko (Andrey Grinenko) bildirib.
Sərgidə nə təqdim etdik?
RSE stendində şirkətin əsas texnoloji həlli – alman MWM mühərrikləri ilə təchiz olunmuş yüksək səmərəli kogenerasiya modulları nümayiş olunub. Bu modulların əsas xüsusiyyətləri:
• həm şəbəkə daxilində, həm də avtonom rejimdə işləyir;
• 95%-dən yüksək ümumi səmərəliliyi təmin edir;
• təbii qaz, bioqaz və əlaqəli neft qazları ilə uyğun gəlir;
• elektrik enerjisinə 30%-dək qənaət etməyə imkan verir, tüstü qazlarını istilik enerjisinə, buxara və ya soyuğa çevirir;
• 4,5 MVt-dək gücə malik mühərriklər də daxil olmaqla, sürətli miqyaslanma üçün modullu arxitekturaya malikdir;
• proqnozlaşdırıcı diaqnostika funksiyası olan ağıllı idarəetmə sistemi ilə təchiz olunub.
Bu həllər Avropa, Asiya və Afrikanın bir sıra ölkələrində, o cümlədən müharibə şəraitində 300 MVt-dan çox avtonom generasiyanın yerləşdirildiyi Ukraynada mühüm infrastruktur obyektlərini, istehsal obyektlərini, logistika mərkəzlərini və bələdiyyələri təchiz etmək üçün artıq istifadə olunur.
Niyə məhz biz və niyə indi?
Azərbaycan böyük potensiala malik enerji dövlətidir. Lakin bu gün ölkə paylayıcı şəbəkələri fəal şəkildə modernləşdirir, sənaye zonalarını inkişaf etdirir, bərpa olunan enerjiyə sərmayə qoyur və yeni infrastruktur layihələri üçün çevik avtonom enerji mənbələri axtarır.
RSE texnologiyaları həmişəkindən daha aktualdır, çünki onlar məhz bu ehtiyacları qarşılayır. Biz yalnız bir generator təchizatçısı kimi deyil, həm də mühəndis tərəfdaş kimi çıxış etdik, hansı ki:
• kompleks enerji həlləri hazırlayır;
• öz istehsalı olan akkumulyator enerji saxlama sistemləri və sənaye istilik nasosları ilə birgə işləyə bilən kogenerasiya sistemləri təklif edir;
• quraşdırma, texniki xidmət, monitorinq və dəstəyi öz üzərinə götürür;
• xərcləri azaltmağa, davamlılığı artırmağa və yeni tənzimləyici standartlara uyğun olmağa kömək edir.
"Caspian Power 2025" sərgisi səmərəli və dayanıqlı enerjinin gələcəyinə dair peşəkar dialoqlar, eləcə də yeni partnyorluq əlaqələrin qurulması üçün mükəmməl platforma oldu.
RSE texnologiyaları və həlləri haqqında daha ətraflı məlumat almaq, həmçinin tərəfdaşlıqla bağlı əlaqə saxlamaq üçün www.rse.energy saytına keçid edin.
.jpeg)

.jpeg)
.jpeg)
